14 Mart 2017 23:59
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Roskosmos” şirkəti kosmonavtların qəbulunu elan edib.

Qəbul prosesi ilin sonunadək davam edəcək. Şirkət 6-8 kosmonavt qəbul etməyi planlaşdırır.

Namizədlər Rusiya vətəndaşı, ali təhsilli və 35 yaşdan gənc olmalıdır.

Kosmonavt olmaq istəyənlər qəbul prosesində tibbi, psixoloji və fiziki yoxlamalardan keçiriləcək.

Qeyd edək ki, sonuncu dəfə “Roskosmos”da kosmonavt qəbulu 2012-ci ildə keçirilib. Hazırda qurumun tərkibində 30 kosmonavt var ki, onlardan 14-ü hələ kosmosda olmayıb.
/Trend/


Müəllif: