27 Avqust 2014 14:00
2 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seksapotoloq həkim Şirli Zussmanın 100 yaşı var və o, intim münasibətlər üzrə mütəxəssisdir.

Məşhur ingilis jurnalı "Time"a müsahibə verən qocaman həkim, istifadə etdiyimiz texnoloji yeniliklərin - mobil telefonlar, internet və s. cinsi həyatımıza çox pis təsir etdiyini vurğulayıb:

“Prioritetlərinizi bir daha gözdən keçirməlisiniz. İnsanların bir-birini sevməsi və arzulaması üçün fiziki təması və təbəssümü vacibdir. İndi insanlar bu baxımdan çox kasıbdır. Mən adamların təbəssüm və ünsiyyət üçün darıxmadığına təəccüb edirəm” - deyən Zussman porno filmlər haqqında da danışıb. O, porno filmlərin həddən artıq izlənməsinə diqqət çəkərək bunun rədd edilmək qorxusundan edildiyini bildirib:

“Günümüzdə insanların həddən artıq yüksək tempdə yaşaması, heç nəyə vaxt tapmaması şəxsi həyata mənfi təsir göstərir. Seks əvəzinə masturbasiya edirlər. Bir sözlə həyatınıza zaman ayıra bilmirsinizsə nəticələrə də hazır olun”.

Ülkər


Müəllif:

Oxşar xəbərlər