12 Sentyabr 2014 13:19
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox məşhur insanlar öz uğurlarını əsasən müəyyən prinsiplərə görə əldə edirlər.

Teleqraf.com sizə uğur qazanmaq, müvəffəqiyyətli və xoşbəxt olmaq üçün həmin 8 prinsipi təqdim edir.

1. Keçmiş


Keçmişi dəyişdirə bilməzsiniz, bundan ötəri keçmişə ilişib qalmağa ehtiyac yoxdur. Səhvlərdən dərs çıxarın və irəliyə baxın!

2. Nəzarət edə bilməyəcəyiniz şeylər


Uğurlu insanlar problemlərdən deyil, həlldən danışar. Əgər ki bir problem varsa problemi düşünmək yerinə necə həll edəcəyinizə fokuslanın. Mövcud vəziyyəti dəyişdirmək imkanənız yoxdursa və hadisələr sizin idarənizdə deyilsə, bəzən axışına buraxmaq lazımdır.

3. Digər insanların düşüncələri


Digər insanları dinləmək hər zaman əhəmiyyətlidir. Lakin bu onların fikirlərinə görə hərəkət etməyinizin lazım olduğu mənasını verməz. Davamlı olaraq ətrafınızdakıların nə düşünəcəyini fikirləşərək hərəkət etsəniz bu narahatçılığınıza səbəb olar.

4. Səbirsizlik


Səbirli olmaq kiçik amma özünə əmin addımlar atmağınızı təmin edər. Hər hansı bir layihədən dərhal nəticələr gözləmək sizi stressə salar. Nəticə olması üçün səbir və zaman tələb olunduğunu qəbul etmək sizi daha xoşbəxt edər.

5. Şübhə


Müvəffəqiyyətli insanlar hər zaman özlərinə inanarlar. Qarşılarına hansı mane çıxarsa çıxsın onu həll edərlər. Davamlı şübhə halı yerinə özünə inanmaq hər zaman qazandırar.

6. Gərəksiz vəzifələr


Uğurlu insanlar "xeyr" deməyi bilən insanlardır. Hər zaman hər işə yetişib hər kəsi xoşbəxt etmək mümkün deyil. Yalnız sizin üçün əhəmiyyətli olan şeylərə fokuslanın və qalan şeylərə xeyr deməkdən çəkinməyin.

7. Kiçik uğursuzluqlar


İnsanlar səhvdən sığortalanmayəb. Səhv anlar keçib gedir. Bəzi hadisələrin sizi stressə salıb bütün gününüzü təsir etməsinə icazə verməyin.

8. Qorxu


Ardıcıl uğursuzluqdan, başqaları tərəfindən məhkəmə araşdırması və ya rədd edilmə qorxusuyla risk etmərik. Risk etmək həyatın bir hissəsidir və yeni şeylər kəşf etməmizi təmin edər. Müvəffəqiyyətli insanlar qorxularının öhdəsindən gəlib risk gözə alan insanlardır.

Rüstəm

QEYD: “Gündəlik Teleqraf” MMC-yə daxil olmayan media qurumlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda, məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər