15 Oktyabr 2014 14:18
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikada 127 kiloluq siyasətçi Meggi De Blokun Səhiyyə Naziri vəzifəsinə təyin olunması müzakirəyə səbəb olub.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Belçikanın məşhur siyasətçilərindən olan və gələcəkdə baş nazir olacağı təxmin edilən De Blokun “artıq kiloları səbəbi ilə xalqa pis nümunə olduğu və səhiyyə naziri olaraq xidmət etməsinin uyğun olmadığı" söylənilir.

Müzakirələr “VRT” televiziya kanalının Vaşinqton müxbiri Tom Van De Vegenin “Twitter”də yeni naziri tənqid etməsi ilə başlayıb.

Hollandiyanın “NOS” televiziya kanalı da 25 il boyunca həkimlik edən De Blokun səhiyyə naziri olmasının düzgün olmadığını bildirib.

Səhiyyə Naziri tənqidləri ciddi qəbul etmədiyini bildirib: “Mən model olmadığımı bilirəm. İnsanlar paketə deyil, içində nə olduğunu görməyi öyrənməlidir”.

Dünya Sağlamlıq Təşkilatının 2008-ci ildə yayımladığı rəqəmlərə görə Belçikadakı əhalinin 48 %-i artıq çəkiyə malikdir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər