Kanadada çadralı olduğu üçün vətəndaşlıq ala bilməyən Pakistan əsilli Zunera İshaq adlı qaçqın qadın dövləti məhkəməyə verib.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, İshaqın vəkilləri Kanada dövlətinin bu hərəkətlə konstitusiyanın və Beynəlxalq İnsan Haqları Bəyannaməsinin maddələrini pozduğunu iddia edir.
Çadranın müsəlman qadınlar üçün vacib buyrulduğunu deyən vəkillər Miqrasiya naziri Jason Kenneynin diktator kimi davrandığını bildiriblər.
Digər tərəfdən qadağa səbəbindən tənqidlərə məruz qalan Kenney, özünə yönəldilən fikirləri öyrənmək üçün Twitter sosial şəbəkəsindənin 37 min izləyicisinə səslənərək dəstək istəyib.
Samir