18 Oktyabr 2014 16:54
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda uzun müddət davam edən mülayim hava şəraitindən sonra 19 oktyabr günün ikinci yarısında hava kəskin dəyişəcək, temperatur 10-12 dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a bildiriblər ki, uzun müddət davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında oktyabrın 19-u günün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişiləcəyi, axşama doğru isə kəskinləşəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, axşama doğru yağış yağacaq, yarımadanın bəzi yerlərində intensivləşəcək. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecəyə doğru bəzi yerlərdə şiddətlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-17, günün birinci yarısı 20-25, axşama doğru 10-12 dərəcə isti olacaq.


Müəllif:

Oxşar xəbərlər