10 Noyabr 2014 20:02
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın vaxtlarda Azərbaycan restoranlarında elektron menyülər tətbiq ediləcək. Müştərilər yemək sifariş vermək üçün indiyədək istifadə olunan kitabçalar əvəzinə planşetlərdən istifadə edəcəklər. Bu yenilik “Smart menyü” adlanan layihə çərçivəsində həyata keçiriləcək.

Layihənin rəhbəri Təbriz Etayi bildirib ki, bu yenilikdə məqsəd restoranlarda xidmətin səviyyəsini yüksəltmək, xüsusilə də Azərbaycana səfər edən turistlərin restoran xidmətləri haqqında təsəvvürlərini dəyişməkdir.

Teleqraf.com-un məlumatına görə, elektron menyü həm restoran personalının, həm də müştərilərin işini yüngülləşdirəcək.“Smart menyu” layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İKT Fondu) tərəfindən ayrılmış qrant hesabına reallaşdırılır.


Müəllif:

Oxşar xəbərlər