23 Noyabr 2014 08:20
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrailli alimlərin apardıqları tədqiqatlar nəticəsində omeqa-3 yağını həb şəklində qəbul edən siqaret istifadəçilərinin nikotin ehtiyaclarının azaldığı ortaya çıxıb.
Araşdırmada gündə ən az 10 siqaret çəkən 18-45 yaşlı insanlar iştirak ediblər.
Alimlər omeqa-3 həblərindən qəbul edənlərin nikotin ehtiyaclarının 11 faiz azaldığını və onların gün ərzində çəkdikləri siqaretin sayını azaltdıqlarını bildirirlər.
Mütəxəssislər siqareti tərgitmək istəyənlərin həkim məsləhəti ilə omeqa 3 həblərindən istifadə etmələrini məsləhət görürlər. Ancaq omeqa 3-ü təbii çəkildə gündəlik istifadə etdiyimiz qidalardan da almaq olar.
Yağlı balıqlar, xüsusilə də qızıl balıq, ton balığı və sardina balığı omeqa 3 baxımından olduqca zəngindir. Həmçinin qoz və kətan toxumunda da omeqa 3 var. Bu qidaları gündəlik qida rasionunuza daxil edərək siqaretdən istifadəni azalda bilərsiniz.(tabloid.az)

Müəllif:

Oxşar xəbərlər