23 Noyabr 2014 22:51
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın Surxandərya çayının sahilindəki Telpek-Çinar kəndi yaxınlığında yerləşən qəbiristanlığın ərazisində, qədim bir mavzoleyin divarlarındakı daş lövhənin üzərində Orta Asiyada indiyədək rast gəlinməyən iki yeddibucaqlı ulduz aşkar edilib.

Teleqraf.com xəbər verir ki, alimlərin qənaətinə görə yeddibucaqlı ulduzlar bütpərəstlik dövrünə aiddir. Ulduzlar 3-3,5 metr hündürlükdə yerləşdirilib və üzərində günəş simvolları və spiralvari bitki əks olunub.

Bu isə Orta Asiyada nadir tapıntı hesab olunur. Tədqiqatçılar bu mavzoleyin Məhəmməd Peyğəmbərin silahdaşı Əbu-Hureyrin şərəfinə tikildiyini iddia edirlər.


Müəllif:

Oxşar xəbərlər