5 Dekabr 2014 00:12
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Ulduzlar ötən günlərdə hamıdan çox yorulduğunuzu bəyan edir. Bu səbəbdən də bu günü istirahətə həsr etməyə çalışın. Əyləncə və qonaqlıqlara vaxt ayırın ki, yorğunluğunuz getsin.

BUĞA - Fəaliyyətdən daha çox qarşılıqlı münasibətlərə vaxt ayırın. Əgər deyilən istiqamətdə boşluq varsa, tələsin. Savab işlər görün. Vaxt tapıb müqəddəs ziyarətgahlara da getmək olar.

ƏKİZLƏR - Ünsiyyətdə olduğunuz hər kəsin hörmətini qazanmağa çalışın. Kosmik durumun xeyrinizə tənzimlənməsi yarımçıq işlərin həllini sürətləndirməyi tələb edir. Dinə zidd addım atmayın.

XƏRÇƏNG - Müqəddəs dinimizin ənənələrinə hörmətlə yanaşın, hamıya mərhəmət göstərin, xüsusən də sıx təmasda olduğunuz insanlara. O ki qaldı maliyyə durumuna, bu barədə narahat olmayacaqsınız.

ŞİR - İşgüzar sövdələşmələri başa çatdırmaq, yeni layihələri reallaşdırmaq üçün günün şanslarından istifadə edin. Amma hər bir söhbətdə qarşı tərəfi sonacan dinləyib sonra qərar verin.

QIZ - Ötən günlərin gərginliyi nahara qədər davam etsə də, təmkinli olmaqla bu müddəti itkisiz başa vura bilərsiniz. Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Ehtiyac sahiblərinə baş çəkin.

TƏRƏZİ - Daxili səsiniz qətiyyətli olmağı tələb edirsə, yalnız irəli atılın. Əmin olun ki, şanslar özü gəlib sizi tapacaq. Yaşlı doğmalarınızın fikirlərinə də hörmətlə yanaşın.

ƏQRƏB - Diş və ya baş ağrılarına mübtəla olmamısınızsa, günün ümumi mənzərəsi sizi qane edəcək. Məhəbbət amilinə isə yalnız söz kimi yanaşmayın. Uzaq olmayan ünvanlara qonaq getmək olar.

OXATAN - Həmkarlarınızla davranışları məcrasından çıxarmasanız, gün ərzində hansısa qanqaraçılığı ilə üzləşməyəcəksiniz. Pulla bağlı narahatçılığınız da qismən səngiyəcək.

OĞLAQ - İxtiyarınızda olan bu təqvimdə fəaliyyətə ara verib tamam fərqli zəmində iş aparmalısınız. Məhəbbət və qohumluq əlaqələrinə də vaxt ayırın. Gün ərzində maraqlı tanışlıqlar da gözlənilir.

SUTÖKƏN - Daxili stresslərinizin çoxalması ətrafda olan hər şeyə narazılığınızı artırıb. Amma bunun yaxşı sonu olmadığı üçün bir qədər genişürəkli olun. Ümidinizi insanlara deyil, Allaha bağlayın.

BALIQLAR - Təxminən saat 13-ə qədər praktiki cəhətdən hər hansı yenilik gözlənilməsə də, sonrakı müddətdə vəziyyətin tam fərqli olacağına inana bilərsiniz. Ürəyinizdəki şübhələri qovun.


Müəllif:

Oxşar xəbərlər