18 Dekabr 2014 08:50
3 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da qar adamı gecələr meşədə gizlənərək qandondurucu serenadosunu oxuyur. Yerli sakinlərdən biri onun səsinin audio versiyasını yazıb. Bəzi sakinlər səsin tülkü və ya meymun səsinə bənzədiyini bildiriblər. Amma digərləri inanır ki, eşitdikləri həqiqi qar adamının səsidir. Şayiələrə görə, bala qar adamı ailəsindən ayrı düşdüyü üçün hər gecə onları səsləyir.

Teleqraf.com-un məlumatına görə, 1967-ci ildə Roger Peterson qarşılaşdığı qar adamını (Bigfoot) video görüntülərini əldə etmişdi. ABŞ-ın Oreqon ştatında Sakit okean sahillərində yerləşən Umatilla hindu qoruğunda həqiqi qar adamının yaşaması ehtimalı var.

Saskvoç, biqfut, yeti adlandırılan bu əfsanəvi varlıqlar təxminən 2,5 metr hündürlükdə və 250 kiloqram çəkidə ola bilər. Onlar əsasən Şimali Amerikanın Sakit okean sahillərində məskunlaşıblar.


Müəllif:

Oxşar xəbərlər