31 Dekabr 2014 22:11
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyanın Münhen şəhərində güclü qar yağması səbəbindən 40-dan artıq aviareys təxirə salınıb. Yerli sakinlər isə avtomobillərini qarın altından sözün əsl mənasında qazaraq çıxarıblar.
Teleqraf.com-un məlumatına görə, Almaniyanın mərkəzi hissəsində qeyri-sabit hava şəraiti böyük avtomobil qəzasının baş verməsinə səbəb olub. İlkin versiyaya görə, turistləri daşıyan avtobus sürüşkən yolda idarəetməni itirərək aşıb. Nəticədə 4 sərnişin həlak olub, 40-dan çoxu isə xəsarət alıb.
Yunanıstanda isə temperatur mənfi 20 dərəcəyə düşüb. Qar və güclü küləklər hava şəraitini daha da ağırlaşdırıb. Avtomobil nəqliyyatı tamamilə iflic olub, böyük magistrallarda yük avtomobillərinin hərəkəti tamamilə dayandırılıb.

Müəllif:

Oxşar xəbərlər