Airlineratings.com saytı 2014-cü ildə baş verən aviasiya qəzalarının statistikasını açıqlayıb.
Teleqraf.com-un “AzərTAc”a istinadən xəbərinə görə, ötən il aviasiya sektoru üçün olduqca çətin keçib. Xüsusilə “Malayziya Hava Yolları”na aid təyyarələrin uğradığı qəzalar və ötən günlərdə “AirAsia”nın təyyarəsinin düşməsi 2014-cü ili kabusa çevirib. 2014-cü ildə 3,3 milyard sərnişin daşınıb və 27 milyon uçuş reallaşdırılıb. 21 ölümlə nəticələnən təyyarə qəzalarında 986 nəfər həlak olub.
Sayt, eyni zamanda, 449 aviaşirkət arasında 10 ən təhlükəsiz aviaşirkəti də müəyyənləşdirib. Beləliklə “Air New Zeland”, “Sinqapur”, “Finnair”, “British Airways”, “Cathay Pacific”, “Emirates”, “Etihad”, “Eva Air”, “Lufthansa” və “Qantas” dünyanın ən etibarlı ilk 10 hava yolu şirkəti seçilib. Siyahıda yer alan “Qantas” ölümlə nəticələnən son qəzasını 1951-ci ildə yaşayarkən, “Finnair” və “Cathay” 55, “British Airways” isə 40 ildir insan itkisi qeydə alınmayan uçuşlar həyata keçiriblər.