16 Yanvar 2015 17:22
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 22-də Londonda “Getty Images London” qalereyasında “Year in Focus” sərgisi açılacaq.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, sərgidə ötən ilin ən yaddaqalan 60 fotosu nümayiş olunacaq. Onların arasında "Oskar" mükafatının təqdim olunmasından Ukraynadakı hadisələrə qədər bir çox mühüm hadisələr, eləcə də Ebola dəhşəti, Suriyada vətəndaş müharibəsi, Ukraynadakı hadisələrin əks olunduğu şəkillər var. Lakin ümumilikdə Getty Images parlaq və pozitiv hadisələrdən də yan keçməyib. Sərgidə Soçi Olimpiya oyunlarından, "Tur de Frans" velosiped və "Formula-1" yarışlarından, məşhur kino premyeralarından fotolar təqdim edilib.

Ekspozisiya fevralın 11-nə qədər davam edəcək.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər