17 Yanvar 2015 20:13
1 847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onlar hipertoniya, piylənmə, diabet kimi orqanizmi korlayan bütün xəstəliklərin riskini azaldır. Əsas odur ki, gündəlik qida rasionuna tərəvəzlər, zülallar, doymamış yağlarla, liflər, vitamin və antioksidləşdiricilər daxil edilsin.

Teleqraf.com “Today” qəzetinə istinadən xəbər verir ki, mütəxəssislər Brüssel kələmini siyahıya daxil edərək onun xərçəng riskini azaltdığını qeyd edirlər. Prinsipcə, onu brokkoli, ağ baş kələm və ya rəngli kələmlə də əvəz etmək olar. Onların hamısı antioksidləşdiricilər, lif, vitamin və minerallarla zəngindirlər. Gün ərzində bu qidalardan ən azı 3-5 porsiya yemək lazımdır.

Daha sonra qızılbalıq (losos) gəlir. Bu balıq zülal və ürək və əsəb sistemi üçün faydalı olan omeqa-3 yağ turşularının mənbəyidir. Onu sardina, siyənək, forel və ya paltus balıqları ilə əvəz etmək olar.

Üçüncü yerdə, həmçinin zülalla zəngin olan badam qərarlaşıb. Onun tərkibində faydalı yağlar, maqnezium, sink var. Badamı püstə və qozla asanlıqla əvəz etmək mümkündür. Qeyd etmək vacibdir ki, bu məhsullar gündə 25-30 qramdan çox yeyilməməlidir.

Qatıq və kinoa (kinva-yarma) əsl superməhsullardır. Birincisi, kalsium, zülal, D vitamini, probiotik bakteriyalarla zəngindir ki, bu da sümüklər, əzələlər və həzm üçün faydalıdır. Gün ərzində 1-2 porsiya yeyilməlidir. Kinoa, öz növbəsində, orqanizmi sellülozun, kalsium və dəmirin bir günlük norması ilə təmin edir. Və gündə yarım fincan yemək olar.

Yaşıl çay özünün unikal xassələri ilə çoxdan məşhurdur. O, güclü antioksidləşdirici və ürək-damar sistemi üçün bir növ xilasdır. Tədqiqatlar göstərir ki, gün ərzində 5 fincan yaşıl çay sağlamlığı həqiqətən möhkəmlədir. Çayla yalnız qaragilə müqayisə edilə bilər. Antioksidləşdirici antosian maddəsi ona xarakterik rəng verir. Buna görə də, ümumiyyətlə, bütün əlvan rəngli giləmeyvələr faydalıdır.


Müəllif:

Oxşar xəbərlər