Daha kinolar yalan olub. İndi kim nə edirsə, doğrudan-doğruya edir. Sosial mediada yayılan video görüntülər belə deməyə əsas verir.
Deməli azərbaycanlı gənc Nizam Qəribov Moskva küçələrində min hoqqadan çıxıb. O, qarşısına çıxan rus qızlarına yaxınlaşaraq onlara gözlərini yummağı təklif edir. Gözlərini yuman xanımlar Nizamın dodaqlı hücumuna məruz qalırlar.
Qızları öpən gənc bununla da onların reaksiyasını lentə ala bilib. Reaksiyalar isə fərqli olub. Kimisi təəccüblənib, bəzilərinin isə lap ürəyindən olub.
Amma bu görüntülərə münasibət birmənalı olmadı. Qardaşın öpüş şousunu böyük çoxluq öpüb gözünün üstünə qoymadı. Əksinə yıxıb sürüdü. Fərqli şərhlər də oldu.
Ətraflı videometarialda
Mənbə: ANS TV