Nyu Yorkdan olan santexnik Entoni Perosi lotereyada 136 milyon dollar udub.
Trend xarici mətbuata istinadən məlumat verir ki, E.Perosi bileti martın əvvəlində marketlərin birindən alıb.
O, aprelin 27-də yük maşınının təmirinə pul lazım olduğu üçün lotereyasını yoxlamağa qərar verir. Lotereyasını internetdəki məlumatlarla yoxlayan usta cek-pota sahib olduğunu öyrənib.
E.Perosi öz uduşunu oğlu ilə bölüb, uduş məbləğinin 30 faizini ona verib. Bütün vergilərin ödənişindən sonra Perosi-böyük 38 612 055 dollar alıb, 16 548 023 dollar isə oğluna çatıb.
Santexnik deyir ki, pulunu yeni yük maşınını almağa, eyni zamanda, Nyu Yorka səyahətə sərf edəcək.