14 yaşlı uşağa ayaqqabılarını öpdürməyə çalışan 17 yaşlı iki yeniyetmə məhkəmə tərəfindən həbs cəzasına məhkum edilib.
Hadisə İngiltərənin Uiltşir şəhərində baş verib. Dostlar evə qayıdan 14 yaşlı oğlanın qarşısını kəsib və ondan ayaqqabılarını öpməyi əmr edib. Uşaq bu istəyi rədd etdiyində isə döyülüb.
Baş verənlər həvəskar kamera ilə lentə alınıb və sosial şəbəkədə paylaşılıb. Bundan sonra hərəkətə keçən polis hər iki yeniyetmə saxlayıb.
Teleqraf.com həmin görüntüləri təqdim edir:
Samir