Kaliforniya ştatından olan bir qrup demokrat nikahlar haqqında federal qanunu "daha neytral" etmək təklifi ilə çıxış ediblər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, onlar bu məqsədlə "ər" və "arvad" sözlərindən imtina etməyi təklif edirlər.
Demokratlar həmin sözlərin əvəzinə "həyat yoldaşı" anlayışlarını işlətməyi daha məqsədəuyğun görürlər.