11 İyul 2015 21:45
1 814
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Çikaqo şəhərində yerləşən "Aqua" (Su) adlanan çoxfunksiyalı göydələnin layihəsini amerikalı arxitektor Cin Qenq hazırlayıb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu memarın ilk böyük və uğurlu işidir.

Hündürlüyü 262 metr olan bina yeraltı qarajla birgə 82 mərtəbəlidir. Onun ilk 18 mərtəbəsində mağaza və ofislər, eləcə də 215 nömrədən ibarət otel fəaliyyət göstərir. Göydələnin 34 mərtəbəsindəki 476 otaq kirayəyə verilir. Digər mərtəbələr isə şəxsi mənzillər üçündür.

Göydələnin dəniz dalğalı formaya malik eyvanlarının olması ona dinamik bir görkəm verir. Binanın damında yaradılan terrasda isə qaçış yolu və hovuzdan idman həvəskarları istifadə edə bilər.


Müəllif: