16 İyul 2015 19:45
2 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov və fiqurlu konki sürmə üzrə dünya çempionu cazibədar Tatyana Navkanın nigah mərasimi avqustun1-də Soçidə baş tutacaq. Mərasimdə cütlüyun yaxınları və dostlarından başqa Rusiyanın bir çox tanınmış incəsənət və siyasət xadimləri iştirak edəcək.


Tatyana Navka və Dmitri Peskov

Bu günə kimi münasibətlərini mətbuatdan gizli saxlayan Tatyana Navka və Dmitri Peskov üçün bu ilk evlilik deyil. Tatyana Navkanın idmançı Aleksandr Julinlə olan nigahından 14 yaşlı Aleksandra adında qızı var. Navkanın ötən ilin avqustunda dünyaya gətirdiyi ikinci qızı Nadejdanın atası isə Dmitriy Peskovdu. Nadejda Peskovun yeganə övladı deyil. Kremlin sözçüsunün əvvəlki iki nigahından daha 4 uşağı var. 47 yaşlı Dmitri Peskovla Tatyana Navka 2011-ci ildə ortaq dostlarının ad günü mərasimində tanış olublar.


Dmitri Peskov,Tatyana Navka və qızı Aleksandra


2006-ci ildə Turində keçirilən qış olimpia oyunlarının qızıl medalçısı 40 yaşlı Tatyana Navka iki qat dünya çempionu, 3 qat Avropa və Rusiya çempionudur.
Tatyananın gələcək həyat yoldaşı Dmitri Peskkov 2008-ci ilin aprelindən Vladimir Putinin mətbuat katibidir. İxtisasça tarixçi-şərqşunas olan Peskov Moskva Dövlət Universitetininməzunudur.


Tatyana Navka və Roman Kostomarov. Turin Olimpiadası 2006-ci il


Dmitri Peskov və Vladimir Putin


Müəllif: