22 İyul 2015 12:38
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yanaqlara düşən qarı əridən Azərbaycan konyakı”.

YouTube kanalında yapon müğənnin Azərbaycan konyakından bəhs edən mahnısı yayılıb.

Oxu.Az xəbər verir ki, mahnının sözlərində deyilir:

Düz uzanıb gedən donmuş yol

Sərhədin köşkündə, rəfdə tapdığın Azərbaycan konyakı

Yanaqlara düşən qarı əridən Azərbaycan konyakı

Sənin ürəyini isidən Azərbaycan konyakı

Narahat olma

Dmitriyevin güclüdür

Gecən xeyirə, qaçmağa davam etdim

Uzun səyahət yolunun bir saatını

İkimizin eşqinin sürəti azalır

Moskva gecəsi

İşıq saçan Arbat küçəsi

Maşını saxlayıb səhəri gözləyirəm

Narahat olma gülümsə

Dmitriyev sənə oxşayar

Gecən xeyirə, davam etdim

Uzun səyahət yolunun bir saatını

Səhər açıldı, mən gedim

Həmişəki kimi öpuş verərsən

Gecen xeyirə, davam edim

Uzun səyahet yolunun bir saatını

Tərcümə etdi: VƏFA KƏRİMLİ


Müəllif: