14 Avqust 2015 16:31
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrəli varlı iş adamının oğlu sığortadan 200 min dollar almaq üçün üç adama pul verərək öz "Ferrari" markalı avtomobilini yandırmağı tapşırıb.

Teleqraf.com xarici mətbauata istinadən xəbər verir ki, Almanyanın Augsburg şəhərində baş verən hadisədə 20 yaşlı gənc diqqəti yayındımaq üçün avtomobili masaj salonunun qarşısında saxlayaraq masaja girib.

Bu vaxt 3 nəfər avtomobilə yaxınlaşaraq ona od vurub.

Lakin təhlükəsizlik kamerası görüntülərini araşdırdıqdan sonra polis işin üstünü açıb.

Avtomobili yandıran üç nəfər, həmçinin "Ferrari"nin sahibi həbs olunub.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər