Qeybət - o pis əməldir ki, kiminsə eybini aşkar edəsən və insanların onun barədə bilmədiyi günahını onlara çatdırasan. O zaman ki, o, bu xəbərdən agah olar, narahat olar və əziyyət çəkər. Ona görə də kiminsə arxasından onun eybini başqalarına söyləmək - qeybətdir.
Teleqraf.com deyerler.org-a istinadən bildirir ki, lakin İslam dinində bəzi insanların qeybətini edilməsi caiz buyurulmuşdur:
- O kəs ki, aşkar şəkildə günah edər, fəqihlərin nəzərinə görə həmin günahının başqalarına deyilməsi caizdir (amma başqa günahların yox).
- Ona zülm edən insanın.
- O zaman ki, misal üçün bir nəfər qızını ərə vermək istəyir və hansısa insanın eybini biləndən eyblərini soruşur, məsləhət məqsədilə.
- Xeyirxahlıq və nəsihət niyyətilə. Misal üçün bir nəfər başqa biri ilə dost olmaq istəyir, lakin üçüncü şəxs onun fəsad əhlindən olduğunu bilir. Ona nəsihət niyyətilə bu eybini deməsi caizdir.
- O kəs ki, dinə ziyan vurmaq istəyir.
- O kəs ki, özünə ziyan vurmaq istəyir.
- O kəs ki, zəhərləyici və batil nəzərləri yazıb yayır.
Qeybətə görə edilən tövbə.
Qeybət ediləndən sonra tövbəsi vacibdir. Qeybət etdiyin insandan isə halallıq alıb və ya onun üçün istiğfar etməlisən. Əgər qeybət etdiyin şəxs dünyadan gedibdirsə, onun üçün çoxlu istiğfar etmək lazımdır. Əgər sağdırsa və ona bu xəbəri vermək kin və küdurətinə səbəb olmayacaqsa, ehtiyat müstəhəbdir ki, ondan halallıq alasan. Əgər ehtimal versən ki, bu xəbəri ona vermək düşmənçilik və kin yarada bilər, onun üçün istiğfar etməlisən.
Qeybət nə zaman qeybət olar?
- Qeybət olunan şəxs həmin məclisdə olmazsa;
- Deyilən söz eyb və ya nöqsan sayılarsa;
- Bu eyb gizli eyblərdən olarsa;
- Qeybət olunan onun haqqında deyilənlərdən narahat olarsa.
Qeybət etmək kəbirə günahlardandır və edilməsi haramdır.
Beləliklə, deyə bilərik ki, qeybət - o əməldir ki, insanın özünün olmadığı bir vaxtda arxasından eybləri deyilsin, hansıları ki, eşitsə, çox narahat olar. İstər bu deyilənlər onu alçaltmaq məqsədilə olsun, istər bədənində olan nöqsan olsun, istər əxlaq və ya nəslinə aid olan bir şey olsun, ya əməli və dedikləri, din və dünyası ilə bağlı bir söz olsun. Elə insanlara deyilsin ki, onu tanıyır və bu eybini bilmirlər. Qeybət həm dildə də deyilə bilər və həm də hansısa hərəkətlərlə göstərilə də bilər. Əgər qarşı tərəf onu başa düşərsə, bu, qeybət olar. Hər bir halda bizi cəhənnəmə sala biləcək bu çirkin əməldən çəkinək və ona görə nəsuh tövbə edək.