Çində qayanın başında yerləşən, şüşədən hazırlanmış baxış meydançası açılacaq. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, bu platforma Asiyada ən böyük meydança olacaq.
Meydançanın eni 11, uzunluğu 26 metr təşkil edir. Platforma Ulun Milli Geoloji parkında 280 kilometr hündürlükdə yerləşir.
Konstruksiya sayəsində cəsarətli turistlər ayaqlarının altındakı cəlbedici mənzərədən həzz ala biləcəklər.
Meydança 3 qat bərkidilmiş şüşədən hazırlanıb. Hər qat 10 ton ağırlığa tab gətirə bilir.
Platformanın açılışı oktyabrın 1-nə planlaşdırılır.