Çində polis əməkdaşları sərxoş sürücünün və anasının qarşısında diz çöküb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Shanghaiist" məlumat yayıb. Polis Fen Dun adlı sürücünü avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün saxlayıb.
Sürücünün anası isə polislərin qarşısında diz çökərək oğlunun bağışlamasını istəyib. Bir qədər sonra Fen Dunda ona qoşulub. Onlar cəzalandırılmamaları üçün polisə yalvarıblar, əks halda özlərini yoldan keçən avtomobillərin altına atacaqlarını bildiriblər.
Bu yalvarışlardan yorulan polislər özləri də diz üstə çöküblər. Belə vəziyyətdə onlar yol hərəkəti qaydalarını sərxoş sürücüyə izah ediblər.
Yalvarmaqlarına baxmayaraq, sərxoş sürücü 160 manat cərimə edilib. O, həmçinin 6 aylıq sürücülük hüququndan məhrum olunub.
Rüstəm