1 Sentyabr 2015 13:25
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ata övlad istəmədiyi üçün ana 1 həftəlik qızını küçəyə atıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, küçədə ağlayan uşağın səsini eşidən vətəndaşlar polisə xəbər veriblər. Hadisə yerinə gələn polis uşağa süd verərək onu sakitləşdirib. Sağlam qız uşağının 1 həftəlik olduğu bildirilib. Polis körpəni uşaq evinə təhvil verib.

Hadisə ilə bağlı araşdırma aparan polis səhər saatlarında Elazığdan Sivirciyə iki qadının uşaqla gəldiyini deyib. Daha sonra onların uşaqsız avtobusa mindikləri müəyyən olunub.

Keçirilən əməliyyat nəticəsində avtobusdakı 18 yaşlı M.Y. saxlanılıb. Polisə verdiyi ifadəsində o, həyat yoldaşının körpəni və onu istəmədiyi üçün uşağı küçədə qoyduğunu bildirib.

18 yaşlı M.Y-ya qarşı ittiham irəli sürülüb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər