Rusiyanın Saratov vilayətində vətəndaş nikahı ilə yaşadığı qadının 9 yaşlı xəstə qızını öldürən şəxs məhkəmə qarşısına çıxarılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, məhkəmə müqəssirə 24 il həbs cəzası kəsib. Hökmə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkəcək.
Cinayət bu il mayın 9-da baş verib. Ana Qələbə paradında iştirak etmək üçnü əqli qüsuru olan qızını evdə yaşadığı kişi ilə birlikdə qoyub. Dostu ilə spirtli içki qəbul edən şəxs evə girib və qızın yatdığı otağa daxil olub. O, azyaşlı qızı zorlaıb. Uşaq qışqırmağa və kömək çağırmağa başlayıb. Bundan sonra cinayətkar qızın sifətinə bir neçə zərbə endirib, ağız və burnunu əlləri ilə qapayaraq, onu boğmaq istəyib. Nəfəsi çatmayan qız huşunu itirib. Bununla da ürəyi soyumayan kişi qızın boynunu sındırıb.
Ekspertiza zamanı qızın bundan sonra öldüyü məlum olub.
Cinayətdən sonra həyətə düşən kişi içki məclisini azyaşlının anası və qonşusu ilə bir yerdə davam etdirməyi təklif edib. Qadın evə gəldiyində sevgilisi ilə içki məclisinə qoşulub. İstintaq qadının xəstə qızı ilə maraqlanmadığını nəzərə alıb və məsuliyyətsiz ananın da cəzalandırılması tələb edilib. Məhkəmə qadına 3 il həbs cəzası verib.
Samir