Türkiyədə gənc oğlan kinoya baxmaq üçün evinə çağırdığı sinif yoldaşına təcavüz edib. Gənc qızın çılpaq şəkillərini çəkərək onu şantaj edən oğlan həbs edilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib. 17 yaşlı R.A filmə baxmaq üçün sinif yoldaşı 21 yaşlı Burhan A.-nın evinə gedib. Burhan qıza təcavüz etdikdən sonra onun çılpaq şəkillərini çəkib. Daha sonra onu şantaj edərək dostları ilə cinsi əlaqəyə girməyə məcbur edib. Həyatı məhv olan qız məktəbi yarımçıq tərk edərək marketdə işləməyə başlayıb. Bir müddətdən sonra Burhan qızı işlədiyi marketdən pul oğurlamağa məcbur edib. O, müxtəlif vaxtlarda ümumilikdə qızdan 5 min lirə (təxminən 1750 manat) pul alıb. Oğurluğa görə saxlanılan qız baş verənləri ağlayaraq polisdə danışıb.
Polis tərəfində həbs olunan Burhan A. haqqında "soyğunçuluq", "Azyaşlıya qarşı cinsi təcavüz", "azyaşlını fahişəliyə məcburetmə" maddələri üzrə 48 ildən 85 ilə qədər həbs cəzası istənilib.
R.A. haqqında isə "oğurluq" itthamı ilə cinayət işi açılıb. R.A.-ya təcavüz edən Burhanın dostları 17 yaşlı Bulud K. ilə 20 yaşlı İsmayıl T. barəsində istintaq işi açılıb.
Hadisə ilə bağlı məhkəmə işi davam edir.
Rüstəm