Türkiyədə baba fındıq toplamağa gələn nəvəsi və gəlinini güllələyib.
Teleqraf.com xəbər verir ki, hadisə Trabzonda baş verib. 55 yaşlı Həvva və 26 yaşlı oğlu Bahəddin fındıq yığmaq üçün baba evinə gəliblər.
1000 lirə (təxminən 343 manat) dəyərində olan fındığın pulunu bölüşdürmək üstündə ailə daxilində mübahisə baş verib. Nəticədə baba Kamal A. silahla gəlinini və nəvəsini güllələyib. Bahəddin hadisə yerində dünyasını dəyişib. Həvva isə yaralı halda xəstəxanaya çatdırılıb.
Kamal.A isə polisi tərəfindən həbs edilib. O, ifadəsində etdiyinə peşman olduğunu deyib. Hadisə ilə bağlı istintaq davam edir.
Rüstəm