1 Oktyabr 2015 11:40
3 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə gənc oğlan azyaşlı əmisiqızına təcavüz etdiyinə görə həbs edilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, işləmək üçün İstanbula gələn 22 yaşlı M.M. əmisigildə qalıb. O, 6 yaşlı əmisiqızına təcavüz etmək ittihamı ilə həbs edilib.

Ana P.M. qızının tez-tez otağına gəlib "ana yatdın?" suallarından şübhələnib. O, M.M-nin yatdığı otağa girəndə onun qızına təcavüz etdiyini görüb. Mətbəxdən bıçağı götürməyə gedən anaya həyat yoldaşı əngəl olub. Ata M.M.-ni döydükdən sonra evdən qovub. 6 yaşlı qızın valideynləri vəkilə müraciət edərək şikayət ərizəsi yazıblar.

22 yaşlı M.M. azyaşlı qızı cinsi istismar etməkdə ittiham olunaraq həbs olunub. O, məhkəmədə verdiyi ifadəsində P.M-in onunla münasibətdə olmağı təklif etdiyini deyib. Ancaq bunu qəbul etmədiyini deyib.

Hazırda 22 yaşlı M.M-nin məhkəməsi davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər