Pakistanla Hindistanın sərhəddində yaşayan Hunza türkləri dünya alimlərinin diqqət mərkəzinə çevrilib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kökü Hun türklərindən gələn Hunzalar bir sıra qeyri-adi xüsusiyyətlərə malikdirlər.
Belə ki, Hunza türkləri 110-120 il yaşayır, qadınlar 65-70 yaşında ana olur və heç vaxt xərçəng xəstəliyinə tutulmurlar. Onlar eyni zamanda, digər xəstəliklərə də nadir hallarda yoluxurlar.
Dəniz səviyyəsindən 6 min metr hündürlükdəki ərazidə yaşayan Hunzalar özlərinin əkib-becərdikləri məhsullarla qidalanır və buz kimi su içirlər.
Ədviyyatlı yeməkləri ilə məşhur olan Hunzaların uzunömürlülüyünün sirri alimlərin də diqqətini cəlb edib və onlar artıq bunun üzərində araşdırmalara başlayıblar.