12 Oktyabr 2015 20:52
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zonquldağda 20 yaşlı E.M adlı qızın pivəsinə dərman ataraq ona təcavüz edən 25 yaşlı O.Ş. həbs edilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, O.Ş. dostları vasitəsi ilə tanış olduğu E.M. ilə görüşərək dəniz kənarına gedib. İddiaya görə, oğlan burada qızın pivəsinə dərman qatıb. Daha sonra isə qıza təcavüz edib.

E.M.-in polisə şikayətindən sonra O.Ş haqqında təcavüz ittihamı ilə cinayət işi açılıb. E.M. ifadəsində bunları deyib:

"Su istədim, olmadığını dedi. Pivə verdi. Bir qurtum içdim. Ayılanda isə evdə özümü yarı çılpaq halda gördüm. Boğazımdan yapışaraq məni təhdit etdi. Şikayətçiyəm".

O.Ş polisə verdiyi ifadəsində ittihamları rədd edib. Hadisə ilə bağlı məhkəmə davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər