Bir çox cinayətkar dəstələr var ki, onlar törətdikləri cinayətləri ilə bütün dünyada tanınırlar.
Teleqraf.com xarici mətbuata istinadən sizlərə dünyanın ən qorxulu cinayətkar dəstələrini təqdim edir:
1. "Black Guerrilla Family" (Qara Panteralar ailəsi) kimi tanınan bu dəstə Amerikada mövcud olan ən qatı cinayətkar qruplarındandır. 1966-cı ildə yaradılan bu qrup qaradərililərin azadlığı üçün mübarizə aparmağa qərar veriblər. "Bütün hakimiyyət xalqa verilsin" sloqanı ilə aksiyalar keçiriblər. Onlar kasıb qaradərililərin hüquqlarının qorunması ilə yanaşı, əzilən xalqlarında yanında olduqlarını bildiriblər. Çoxlu müttəfiqi olan qrupun bir o qədər də düşməni var.
2. "Jamaican Posse"(Yamayka Heyəti) - bu qruplaşma həddən ziyadə şiddətə meylliyi və "MAC-10" tipli güclü silahlardan istifadə etməsi ilə diqqət çəkir. Bu qruplaşmanın ölkənin ən böyük iki partiyası olan PNP və JLP ilə əlaqəsi var. "Yamayka Heyəti" polis və hərbiçilərlədə möhkəm əlaqələr qurmağı bacarıb.
3. "Primeiro Comando da Capital" (PCC) - qruplaşması Braziliya məhəllələrində adam qaçırtma, narkotik ticarəti, xərac toplamaq və işgəncə verməsi ilə seçilir. Qruplaşma 2006-cı ildə demək olar ki, San Paolo şəhərini bir həftə nəzarətdə saxlayıb. Nəticədə çoxlu sayda polis öldürülüb və hökümət binaları yandırılıb.
4. "Crips" - bu qruplaşma 1969-cu ildə Los Ancelesdə yaradılıb. Dəstənin təxminən 30-35 min üzvü var. Əsasən cinayət, soyğun və narkotik satışı ilə məşğuldurlar. Dəstə üzvləri mavi rəngli geyimləri ilə seçilirlər. ABŞ ordusu tərəfindən qruplaşmanın ölkə xaricində təlim bazalarının olduğu müəyyən edilib.
5. The Aryan Brotherhood (Aryan qardaşlığı) - qruplaşmanın ABŞ həbsxanalarında və küçələrində təxminən 15000 üzvünün olduğu müəyyən edilib. FBİ-ın məlumatına görə, həbsxanadakı cinayətkarların 1 %-i bu qruplaşmanın üzvüdür. Buna baxmayaraq, həbsxanalarda törədilən cinayətlərin 26 %-ində "Aryan qardaşlığı" dəstəsinin adı hallanır.
Rüstəm