Türkiyədə taksi sürücülüyü edən Yaşar Y. hıyat yoldaşını və oğlunu güllələyərək öldürüb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında olub.
Taksi sürücüsü Yaşar bilinməyən səbəbdən xanımı Fatma ilə mübahisə edib. Səsə oyanan oğulları 40 yaşlı Hacı onları sakitləşdirməyə çalışıb. Əsəblərinə hakim ola bilməyən Yaşar oğluna və xanımına atəş açaraq öldürüb. Silah səsinə çağrılan polis ana və oğlunun öldüyünü müəyyən edib. Yaşar Y. isə polisə təslim olub.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Ramal