Dizel qalmaqalı ilə üzləşən “Volkswagen” satış üzrə liderliyini rəqibi “Toyota” şirkətinə verib.
Dünyanın ən böyük avtomobil şirkəti adını alan Toyota ilə Avropanın ən böyük avtokonserni “Volkswagen” arasında olan liderlik üzrə mübarizədə Toyota əzəli rəqibi “Volkswagen”i keçib.
Yaponiyanın avtomobil istehsalçısı olan “Toyota” yanvar-sentyabr ayları ərzində dünya bazarında 7 milyon 490 min nəqliyyat vasitəsi satıb. Avropanın ən böyük avtomobil istehsalçısı “Volkswagen” isə ötən ay 7 milyon 430 min ədəd avtomobil satdığını bildirib.