Türkiyədə ər avtomobildə mübahisə etdiyi xanımına 6 güllə vurub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib. 37 yaşlı Hakan Ü. xanımı 34 yaşlı Aişə Ü. ilə maşında yol gedərkən mübahisə etməyə başlayıb.
Avtomobili yolun kənarına çəkən Hakan silahını çıxararaq yanında oturan Aişəyə 6 güllə vurub. Aişə Ü. hadisə yerində dünyasını dəyişib. Hakan Ü. hadisədən sonra polisə zəng edərək xanımını vurduğunu, təslim olmaq istədiyini bildirib.
Hadisə yerinə gələn polis Hakan Ü.-nü həbs edib. Təcili tibbi yardımın əməkdaşları qadının dünyasını dəyişdiyini təsdiqləyiblər.
Cütlüyün daha əvvəl boşanmaq üçün məhkəməyə müraciət etdikləri, ancaq sonra qərarlarını dəyişdikləri bildirilib.
Polis hadisə ilə bağlı istintaqa başlayıb.
Ramal