Müğənni-bəstəkar Emin dekabrın 20-də Bakıda verəcəyi konsertinin vaxtını uzadıb.
Teleqraf.com xəbər verir ki, ifaçı bu haqda sosial şəbəkədə yazıb:
“Dekabrın 20-də baş tutacaq konsertə 20 gün qalıb. Amma indidən biletlərin hamısı satılıb. Bilet ala bilməyənlərə isə yaxşı xəbərimiz var. Növbəti konsertimiz dekabrın 22-də baş tutacaq”.
Qeyd edək ki, “Boomerang” adlı konsert Heydər Əliyev Sarayında keçiriləcək.
Rəqsanə