«ESET» antivirus şirkətinin araşdırmasına əsasən, internet istifadəçilərinin 50 faizindən çoxu veb kameralara müdaxilədən narahatdırlar.
Respondentlərin 52 faizi "hakerlər sizin noutbukunuzun veb kamerasına müdaxilə edə bilərmi?" sualına «bəli» deyə cavab veriblər.
«ICTnews.az» elektron xəbər xidməti «gazeta.ru» resursuna istinadən yazır ki, rəyi soruşulanların 17 faizi öz noutbuklarında veb kameraya müdaxilənin qarşısını almaq üçün onun üstünə plastır yapışdırdığını bildirib.
Respondentlərin yalnız 31 faizi veb kamera vasitəsi ilə izlənməkdən narahatçılıq keçirmir, 12 faizi isə bunun kimə maraqlı ola biləcəyini başa düşmür, 11 faizi bu problemin həllində öz kompüterinə quraşdırılmış antivirusa güvənir, 8 faizi isə belə düşünür ki, veb kameraya müdaxilə qeyri-mümkündür.
«ESET»-in texniki marketinq bölməsinin rəhbəri Aleksey Oskin tövsiyə edib ki, veb kameraya müdaxilənin qarşısını almaq üçün antivirus və veb-kameranın drayveri daxil olmaqla vaxtı-vaxtında proqram təminatı yenilənməlidir.