6 Dekabr 2015 09:33
1 386

Rus milyarderin nəvəsi yenə qalmaqala səbəb olacaq video çəkib.

Rusiyada tikinti sektoru oliqarxlarından olan milyarder İqor Nekladkonun 16 yaşlı nəvəsi Qrişa bu dəfə də pulla insanlara istədiklərini etdirməyə çalışıb. Qrişa qarşısına çıxan insanlara balaca küçüyü öldürməyi təklif edib.

"Sevgilim məni atıb gedib. İndi ondan intiqam almaq istəyirəm. Onun çox sevdiyi iti öldürmək istəyirəm. Pnevmatik tapançadan atəş açmaqla onu öldürə bilərsiz? Bunun üçün sizə 5 min rubl verəcəyəm”, - deyə Qrişa yaxınlaşdığı insanlara müraciət edib. Milyarderin nəvəsinin təklifini hər kəs qəbul edib. Hətta bəziləri iti tapança ilə deyil, başını əzib öldürməyi də təklif ediblər./BAKU.WS


Müəllif: