31 Dekabr 2015 01:53
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə aralarında mübahisə düşən iki ailə silaha əl atıb. Nəticədə 4 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kütahyanın Gürpınar kəndində baş verib.

Polisin verdiyi məlumata görə, daha əvvəllər də aralarında ədavət olan qonşular yenidən mübahisə edib. Mübahisə silahların işə düşməsinə səbəb olub. Əsəngül İlhan (55 yaş), Kürtaş İlhan (24), Mesut Akkaya (39 yaş) və Abdullah Akkaya (25 yaş) hadisə yerindəcə dünyasını dəyişib. Abdullah Akkaya (70 yaş) və Mehmet Keskin (32 yaş) isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Təhlükəsizlik qüvvələri iki ailə arasında yeni münaqişənin baş verməməsi üçün önləyici tədbirlər görüb. Hadisə ilə bağlı araşdırma davam edir.

Ramal


Müəllif: