Rusiyada seks-şop mağazasına basqın müşahidə kamerasına düşüb.
Görüntülərdən aydın olur ki, özünü müştəri kimi təqdim edən soyğunçu mağazaya daxil olduqdan sonra yapışqanlı lentlə satıcıların ağzını bağlayıb. Mağaza işçilərini döşəməyə yıxan soyğunçu onlardan kassadakı pulları verməyi tələb edib.
Cinayətkar kassadan nağd pulu götürdükdən sonra tələsik mağazanı tərk edib. Xəsarət alan qadınlar soyğunçunun tapançası olduğu üçün heç bir müdaxilə edə bilməyib.