10 Fevral 2016 19:09
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 37 yaşlı Bedriyə Altun onu döyən 42 yaşlı əri Erdoğan Altunu bıçaqla yaralayıb. Xəstəxanada müayinə olunduqdan sonra evə buraxılan Erdoğanın vəziyyəti yenidən pisləşib. İkinci dəfə xəstəxanaya çatdırılsa da həkimlər onu xilas edə bilməyib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Samsunda baş verib. Ərinin ölümündən sonra Bedriyə həkimlərdən şikayət edib.

Tibb işçilərinin haqqında cinayət işi açılıb.

Hadisə 2014-cü ildə baş verib. 5 uşaq atası olan Erdoğan içikili vəziyyətdə evə gəldikdən sonra uşaqları döyməyə başlayıb. Daha sonra onu sakitləşdirməyə çalışan xanımını döyüb. Evdən çıxan Erdoğan yenidən evə qayıdaraq Bedriyə ilə mübahisə edib. Qadın isə mətbəxdən götürdüyü bıçaqla Erdoğana bir zərbə vurub. Təcili yardımla xəstəxanaya aparılan Erdoğan müalicə oluduqdan sonra evə buraxılıb. Qadın isə polisdə ifadə verdikdən sonra sərbəst buraxılıb.

Bir gün sonra vəziyyəti pisləşən Erdoğan yenidən xəstəxanaya çatdırılıb. Həkimlərin cəhdlərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Bedriyə məhkəmənin qərarı ilə həbs edilib.

Cinayət işinə 1-ci Ağır Cəza Məhkəməsində baxılıb. Bedriyə Altun qətldə ittiham olunur. Yekun qərara əsasən Bedriyə Altun 5 il 5 ay azadlıqdan məhrum edilib. Ancaq cəzasının 1,5 ilini çəkdikdən sonra sərbəst buxarılıb.

Azadlığa buraxılan Bedriyə həyat yoldaşını müalicə edən həkim B.T və Y.K haqqında polisə şikayət edib. Ədliyyə Tibb Qurumu hadisə zamanı səhlənkarlığa yol verdiklərini təsdiqləyib.

Həkimlarlə bağlı cinayət işinə 5-ci Asliyə Cəza Məhkəməsində baxılır. Günahları sübut olunacağı təqdirdə həkimlər 2 ildən 6 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Bedriyə Altun həmçinin Səhiyyə Nazirliyinə qarşı 260 min TL(təxminən 139 min manat) mənəvi, 5 min TL(təxminən 2670 manat) isə maddi təzminat iddiası qaldırıb. Hər iki iddia ilə bağlı məhkəmə edir.

Ramal


Müəllif:

Oxşar xəbərlər