Çanta xanımın ən vacib aksessuarıdır. Çünki obrazın uğurlu alınmasının 40 faizi ondan asılıdır. Uyğun obrazların yaradılması üçün əsl modapərəstin qarderobunda ən azı beş çantası olmalıdır.
Publika.az-ın dəb bölməsi bu yazıda oxucuları yazın çanta dəbi ilə tanış edib.
Vedrə çanta
Bu cür çantalar bütün əşyaları özü ilə gəzdirməyi xoşlayanlar üçün ideal seçimdir. İçərisində pul kisəsini qoymaq üçün xüsusi cibi var. Uzun qayışı sizə onu çiyində, kiçik sapları isə əldə gəzdirməyə imkan verəcək. Sadə fasonuna görə onu bir neçə üslubla birləşdirmək mümkün olacaq. Yeri gəlmişkən qeyd edək ki, timsah dərisi yazda da aktualdır.
Yeni portfel
Ənənəvi poçtalyon çantaları artıq əvvəlki kimi aktual deyil. Onlar öz mövqeyini kiçik qutu kimi çantalara güzəştə getməli olublar. Minimalist tərzdə kiçik çantalar artıq bir çox modapərəstin qarderobuna yol tapıb. Növbədə sizsiniz...
Alış-veriş (Şopper) çantası
Bu il şopper çanta modeli də modapərəstlərin ürəyini fəth etməyə iddialıdır. Belə çantaların içinə sizə lazım olan bütün əşyalar sığışır.
İşgüzar çanta
Ciddi üslub qızlardan işgüzar tərzdə çanta tələb edir. Klassik böyük və kvadrat çantalar metal elementlər sayəsində həm rəsmi, həm də çox müasir görünür.
Çiyindən çarpaz asılan kiçik çantalar
Çiyindən çarpaz şəkildə asılan kiçik çantalar uzun illərdir ki, modapərəstlər arasında böyük uğur qazanıb. Yeni mövsümdə təqdim olunan yeni üçrəngli çantalar istənilən obrazın effektini artırır. Həmin çantalar kiçik olsa da, içinə ən lazımlı əşyalar: telefon, pul qabı, kosmetika rahatlıqla yerləşəcək.