12 May 2016 16:57
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında ailə həkimi və psixoloq Xalid Sakabi arvadın düzgün döyülməsi üzrə video-kurs yazaraq, istifadə üçün paylaşıb.

Din.az-ın xəbərinə görə, həkimin fikrincə, arvadın döyülməsi çətin məsələdir və bu yolda təcrübəsi olmayanları çoxlu təhlükələr gözləyir.


Sakabi bildirib ki, kişinin həyat yoldaşını vurmasının əsas məqsədi ona düzgün davranmağı, özünü düzgün aparmağı öyrətməkdir. Psixoloqun sözlərinə görə, bu, hirs və qəzəb olmadan edilməlidir və bu zaman “İslamın müddəalarına riayət etmək lazımdır”. Çubuq və kəsici alətlərdən istifadə etmək olmaz.

“Təəssüf ki, əksər kişilər çubuqdan istifadə edirlər, – həkim deyir. - Əsas məqsəd qadının ərinə qarşı necə səhv olduğunu başa salmaqdır”.


Sakabi iddia edir ki, bunun üçün cəzadan əvvəl qadına onun Allahın iradəsinə uyğun olaraq hüquq və öhdəliklərini xatırlatmaq lazımdır:


“Çox təəssüf ki, bu gün əksər qadınlar özlərini həyat yoldaşları ilə bərabər hiss etmək istəyirlər. Bu, çox böyük problemdir”.


Qeyd edək ki, Səudiyyə Ərəbistanından olan müxtəlif şəxslər özünün qeyri-adi, çox vaxt gülüş doğuran, cəhalət saçan bu cür şərh və fitvaları ilə tez-tez gündəmə gəlirlər.


Müəllif:

Oxşar xəbərlər