25 May 2016 23:46
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda 19 yaşlı Nandini dünyada çəkisi ən ağır – 6,8 kiloqram olan qız uşağı dünyaya gətirib. Modern.az xarici mediaya istinadən bildirir ki, adətən bu çəkidə uşaqlar yalnız 6 aylığında olurlar.

Məlumatda qeyd edilir ki, çəkisi böyük körpə qeysəriyyə əməliyyatı köməkliyi ilə dünyaya göz açıb.

Yeni doğulan uşağın çəkisinə görə dünya rekorçusu olacağı ehtimal edilir. Çünki bundan əvvəl – 2014-cü ildə ABŞ-da doğulan qızın çəkisi 6,5 kiloqram olub. “O, doğrudan böyük, həm də gözəldir”, - ginekolq Purnima Manu deyib.

İki il əvvəl Barnaulda çəkisi 6 kiloqram, bundan sonra isə Çində 6,3 kiloqram çəkidə oğlan doöulub.


Müəllif:

Oxşar xəbərlər