16 May 2017 14:20
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bugünkü iclasında BAXCP sədri, deputat Qüdrət Həsənquliyev ölüm hökmünün bərpa edilməsini təklif edib.

Teleqraf.com xəbər verir ki, Q.Həsənquliyev Azərbaycanın müharibə vəziyyətində olması ilə əlaqədar ölüm hökmünün bərpa edilməsinin vacibliyini bəyan edib: “Beynəlxalq konvensiyaların tələbləri də imkan verir ki, Azərbaycan müharibə vəziyyətində olan ölkə kimi ölüm hökmünü bərpa etsin. Mən Milli Məclisin sədri Oqtay Əsədovdan xahiş edirəm ki, bununla bağlı müvafiq göstərişlər versin, məsələ komitə və plenar iclaslarda müzakirə olunsun. Çünki Tərtərdə baş verən son hadisələr bir daha göstərdi ki, Azərbaycan müharibə vəziyyətində olduğu üçün dövlətə xəyanət və digər ağır cinayətlər törətmiş şəxslərə qarşı ölüm cəzası tətbiq edilə bilər”.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə Q.Həsənquliyevin təklifinə etiraz edib: “Ölüm hökmünün bərpası doğru deyil. Azərbaycanda ölüm hökmünü ümummilli lider Heydər Əliyev aradan qaldırıb. Bu, onun atdığı hümanist addımlardan biridir. Eyni zamanda, unutmayaq ki, insana canı Allah verib, Allah da ala bilər. Cinayətə gəldikdə, bizdə elə cəzalar var ki, ölüm cəzasından da sərtdir”.

Cavad


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər