Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Teleqraf.com-a açıqlaması zamanı deyib ki, bu kimi hallara təbii yanaşmaq lazım gəlir. Onun fikrincə, buna siyasi qüvvələr arasında rəqabət kimi yanaşılmalıdır: “Siyasi qüvvələr arasında belə hallar rəqabətdən irəli gələn narazılıqlardır. Bu iqtidar-müxalifət və müxalifətdaxili təşkilatlar arasında mümkün hallardır. Bunu da normal qarşılamaq lazımdır. Hər bir partiyanın ideologiyası, siyasi hədəfləri var. Onlar arasında istənilən müstəvidə fikir ayrılıqlarının sosial şəbəkələrdə müzakirəyə çıxarılması və mübahisələr yaranması normaldır”.
Bununla belə VİP sədri hesab edir ki, bu mübahisələr zamanı etik çərçivələri aşmaq və tərəflərin bir-birinə təhqir yağdırması xoş olmayan haldır: “Mübahisələr əndazəni aşmamalı, təhqirə keçməməlidir. Siyasi polemika etika çərçivəsində aparılmalıdır”.