Ermənistan Prezidenti Serj Sərkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının sədr müavini Armen Aşotyan Bakıya gələcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Armen Aşotyan Ermənistanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinə başçılıq edəcək. Səfər sentyabrın 20-də baş tutacaq. Erməni deputatlar Bakıda keçiriləcək plenar iclasda iştirak edəcək.
Qeyd edək ki, əvvəllər Bakıda keçirilən müxtəlif tədbirlərdə Vahan Ovannisyan, Styopa Safaryan, Artaşes Qeqamyan və Tevan Poqosyan iştirak edib. Budəfəki erməni nümayəndə heyətinin tərkibində sözügedən şəxslərin təmsil olunacağı gözlənilir.