7 Sentyabr 2017 19:22
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Makedoniya prezidenti Gyorge İvanova təbrik məktubu ünvanlayıb.

Teleqraf.com-un məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Makedoniya Respublikasının milli bayramı- Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Makedoniya əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına sülh və rifah arzulayıram”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər